Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 430 $▼0.42%
  • Ethereum2 339 $▼0.71%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Gündəm

Gecə küçədə gecələyən şəxs sığınacağa aparıldı – Foto

image-1-4

Gecə sosial şəbəkələrdə haqqında foto paylaşılan, “Qələbə dairəsi” yaxınlığında küçədə gecələyən Yusif Əmirov Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Busaat.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov feysbuk səhifəsində paylaşım edib.
O, bu barədə Agentliyə xəbər verən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə küçədə gecələyən həmin şəxslə bağlı paylaşımlar edilmişdi.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son iki gündə daha 6 nəfər yerləşdirilib.

Müəssisəsədə 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir.

Hazırda sığınacaqda 61 sakin var. Onlardan 52 nəfər 18 yaşdan yuxarı, 9 nəfər isə 4-18 yaş qrupunda olanlardır.

Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

image-2-6

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul