Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Gündəm

Gələn aydan fermerlərə subsidiya ödəniləcək

Gələn aydan fermerlərə subsidiya ödəniləcək
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.  Busaat.az xəbər verir ki, hazırda fermerlərdən təhvil alınan pambıq, tütün və şəkər çuğunduru məhsulları barədə məlumatlar tədarükçülər tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yerləşdirilir. Məlumatlar yoxlandıqdan sonra fermerlərə ödəmə ediləcək. Noyabrın 20-nə olan operativ məlumata əsasən, 2020-ci ildə 99 902 hektar sahədən 309267 ton pambıq, 4 903 hektar sahədən 213801 ton şəkər çuğunduru və 3144 hektar sahədən 6065 ton quru tütün məhsul yığılıb. Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların tədarükçü tərəfindən EKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib. Qaydalara əsasən, tədarükçü tərəf fermerdən hansı məbləğdə nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir.
Qeyd edək ki, dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=11826