Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 112 $▼0.81%
  • Ethereum2 322 $▼1.41%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Hərbi

General MEMATT maşınlarının sınaq prosesini izləyib

image-anar

Türkiyənin müdafiə sənayesinin istehsalı olan Mexaniki Mina Təmizləmə Təchizatı (MEMATT) Azərbaycanda bütün sınaqlardan keçib.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib. İlk ixracatı Azərbaycana edilən MEMATT maşınlarının sınaq və təlim prosesini Azərbaycan Müdafiə Nazirliyi Mühəndis İstehkam Xidmətinin rəisi general-mayor Anar Kərimov və ASFAT rəsmiləri izləyib.

Bakı yaxınlığındakı təlim meydançasında aparılan sınaqda MEMATT sahəyə qoyulmuş bütün minaları məhv edərək Azərbaycan rəsmiləri tərəfindən təqdir edilib. Sınaqlardan sonra nəqliyyat vasitələrindən istifadə edəcək personala sertifikatlar təqdim edilib.

General-mayor Kərimov jurnalistlərə açıqlamasında MEMATT minatəmizləyən maşınların tezliklə erməni işğalından azad edilmiş ərazilərdə minaların təmizlənməsi işlərində iştirak edəcəyini bildirib: “Bu alətdən istifadə minalardan təmizlənmə işlərində həm daha az vaxt aparacaq, həm də daha etibarlı olacaq. MEMATT dünyadakı ekvivalentləri ilə müqayisədə üstün texniki xüsusiyyətlərə malikdir” .

Anar Kərimov Türkiyədən ümumilikdə 20 MEMATT texnikası alındığını açıqlayıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul