Jurnalist Brayan Merçantın kitabında Çinin Lunxua şəhərində baş verən dəhşətlər haqda məlumatlar yer alıb.
Busaat.az xəbər verir ki, Merçant Çində, Lunxua şəhərində “Foxconn” (Apple-ın əsas podratçısı) şirkətinin qapalı fabrikinə daxil ola bilib. Gördükləri dəhşətli mənzərə onu o qədər təəcübləndirib ki, o, “Ayfon haqda gizlinlər” adlı kitab yazıb.
Hər Ayfonun üzərində: “Kaliforniyada hazırlanmışdır, ABŞ. Çində yığılmışdır” yazılıb. Belə nişanlama – amerika qanunlarının tələbidir.
Ayfonun detallarını istehsal edən və onun quraşdırılmasını yerinə yetirən zavodların əksəriyyəti Çində yerləşir. İşçilərə verilən aşağı maaş və işçi qüvvəsinin yüksək ixtisaslaşdırılması bu ölkəni Ayfon istehsalı üçün mükəmməl məkan edib.
Foxconn nədir?
Foxconn Çində 1,3 milyon insanın işlədiyi ən böyük şirkətlərdən biridir. Bütün dünyada yalnız Walmart və McDonald’s-da o qədər əməkdaş çalışır.
2010-cu ildən etibarən Foxconn-un Lunxua şəhərində yerləşən zavodunda işçilər intihar etməyə başladılar. Həmin il 18 intihar hadisəsi qeydə alındı və 20 insanı da şirkət fikrindən daşındırdı.
Lunxuadakı zavod necə görünür?
Faktiki olaraq, Lunxua zavod-şəhər hesab olunur. Burada bir neçə zavod fəaliyyət göstərir. Əsası Foxconndur.
Bütün girişlər ciddi qorunur. İşçilər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etmədən girə-çıxa bilməzlər. Zavodun ərazisinə gələn yük maşınlarının sürücülərinin barmaqlarının izləri götürülür.
Bir dəfə “Reuters”in jurnalisti zavod divarlarının yanında şəkil çəkməyə cəhd etdiyi üçün maşından çıxardılaraq döyülmüşdü.
Xəbərdarlıq nişanları hər yandadır: “İcazə olunmamış müdaxilə qadağandır! Cinayətkarlar polisə veriləcək!”
Brayan ayaqyolu vasitəsilə zavoda girməyə bacarıb.
“Dözülməz yerdir” – o, zavodu qısaca belə təsvir edib.
Zavoddaxili şərtlər
İşçi ən xırda səhvinə görə cəzalandırılır. Əgər rəhbərin fikrincə, səhv daha ciddi olarsa, o zaman işçi rəsmi üzrü kağıza yazaraq ucadan oxuyur.
Bir neçə ay əvvəl daha bir intihar hadisəsi baş verdi. İşçi vəziyyətə dözə bilməyərək özünü pəncərədən atmışdı.
İntiharlara qarşı zavodun aşağı mərtəbələrində poladdan nazik torlar qurulub…
İşçilərin qazandığı pullar onlara tam olaraq ödənilmir. Əvəzində pulsuz mənzil söz verirlər, daha sonra isə böyük məbləğdə pul su və elektrikdən istifadə üçün onlardan tutulur. İşçilər gündə 12 saat işləyirlər.
İş zamanı danışmaq hüquqlarına malik deyillər və tualetə yalnız briqadirin icazəsi ilə gedirlər.
Jurnalistin qeydə aldığı fotoları diqqətinizə çatdırırıq:
1. İşçilər Foxconun kadrlar şöbəsinin qarşısında düzülərkən.
2. İşçilər üçün yataqxana. Bir otaqda 8 insan yaşayır.
3. Foxconn zavodunun yemək otağında nahar.
4. İnsanlar üçün bədnam yer – Lunxuada zavod.
5. Honkonqda Apple mağazasının qarşısında işçi geyimində etiraz. Plakatdakı yazı: “Rəhmsiz Alma! Tamam çürümüş alma!”.
6. Zavodun divarları – onların şəklini çəkmək həyat üçün təhlükəlidir.
7. Zavodun qarşısında nümayiş.
Transparantdakı yazı: “Mən Terri Qou ilə (Foxconnun sədri) görüş tələb edirəm. Mən Foxconn işçilərinin niyə intihar etdiyini və bunun qarşısını almağın yollarını bilirəm”.
8. Lunxua şəhəri çoxsaylı zavodlar tərəfindən güclü çirkləndirilib.
9. Zavodda intihar edənlərin qarşısının alınması üçün məşhur torlar.
10. Zavod kompleksinin mərkəzi “küçəsi”. İntihar edənlərin qarşısının alınması üçün torların çoxluğuna diqqət.
Zaur Həsənəliyev
Milli.Az