Goranboyda bacı və qardaş bıçaqlanaraq öldürüldü

image-bicaqlanmabackend

Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.

Busaat.az xəbər verir ki, bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.

***

Goranboyda qətl hadisəsi baş verib.

Busaat.az xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Ölənlərin bacı və qardaş olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub (apa).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki