Qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra fəsadlar törədib.
Busaat.az apa-ya istinadən xəbər verir ki, Ergi Düzü adlanan ərazidə güclü külək və dolu nəticəsində tikililərə, minik maşınlarına, habelə kənd təsərrüfatı texnikasına ziyan dəyib.
Dolu vurması nəticəsində taxıl zəmiləri və soğan sahələri ciddi zərər görüb.