Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 237 $▼0.08%
  • Ethereum2 393 $▲0.31%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Gürcü çevik polisi zor tətbiq edərək meydanı nümayişçilərdən təmizlədi

image-1384229

Gürcüstan çevik polisi Tbilisinin Rustaveli prospektində parlament binası qarşısındakı meydanı təmizləyib.

Busaat.az xəbər verir ki, yerli telekanallar hadisəni canlı yayımlayıb.

Polis Azadlıq meydanı və 9 aprel küçəsindən meydana yaxınlaşıb. Su reaktivlərindən və gözyaşardıcı qazdan istifadə edilib. Nümayişçilər yaxınlıqdakı küçələrə qaçıblar. Polis həbslər aparmağa başlayıb, lakin həbslər kütləvi miqyasda deyil.

Etiraz aksiyası çərşənbə günü günorta Tbilisidə başlayıb. Bir neçə saat sonra müxalifətçi siyasətçi Georgi Vaşadze qanunvericilərin cümə axşamı keçiriləcək sessiyaya gəlməsinin qarşısını almaq üçün etirazçıları parlament binasının girişlərini bağlamağa çağırıb.

Çərşənbə axşamı Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsinin gürcü variantını birinci oxunuşda qəbul edib. Parlamentin iclasına paralel olaraq, qanun layihəsinə qarşı minlərlə etirazçı toplaşıb. Bundan sonra gərginlik artıb. Çevik qüvvələr polisi gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Gecə təhlükəsizlik qüvvələri etirazçıları parlament binasına bitişik ərazidən çıxarmağa məcbur edib.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul