Gürcü jurnalistlər Şuşa və Ağdama səfər edəcək

image-gurculerbackend

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev gürcü jurnalist, bloqer və akademiklərlə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Hikmət Hacıyev öz tviter hesabında paylaşıb.
“Qonşu Gürcüstandan olan jurnalistlər, bloqerlər, akademikləri salamlamaqdan məmnunam. Bir sıra regional məsələlər ətrafında səmimi və geniş fikir mübadiləsi həyata keçirdik. Gürcü dostlar, həmçinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarına, əsas olaraq Şuşa və Ağdama səfər edəcəklər”, – deyə məlumatda qeyd olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90