Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 752 $▲0.53%
  • Ethereum2 360 $▲0.94%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Gürcüstan parlamenti Ukraynanı dəstəkləyən bəyanat qəbul etdi

image-gurcu

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsi Donbassdakı vəziyyətin gərginləşməsi ilə əlaqədar bu gün Ukraynaya dəstək bəyanatı qəbul edib.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə brifinqdə komitə rəhbəri, millət vəkili Nikoloz Samxaradze məlumat verib.

“Gürcüstan və Ukraynanı xüsusi münasibətlər, dostluq və strateji tərəfdaşlıq bağlayır və buna görə də Gürcüstanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyirik”, – deyə Samxaradze brifinqdəki çıxışında bəyanatdan sitat gətirib.

Millət vəkilinin sözlərinə görə, sənəddə Gürcüstanın NATO ilə Ukrayna arasındakı münasibətlərin dərinləşməsini alqışladığı və sabitliyin zəmanəti kimi qiymətləndirilən ittifaqın Qara dəniz bölgəsində daha fəal iştirakını dəstəklədiyi bildirilir.

“İnanırıq ki, mövcud hadisələr təkcə Ukrayna üçün deyil, bütövlükdə Qara dəniz bölgəsi və Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi bir təhlükədir. Beynəlxalq ictimaiyyəti təcavüzə və dağıdıcı hərəkətlərə qarşı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə çağırırıq”,- deyə komitə sədri əlavə edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul