Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Bitcoin81 373 $▲0.09%
  • Ethereum2 401 $▲0.61%
  • Qızıl4 006 $▼0.59%
  • Gümüş53.90 $▼0.11%
  • Brent neft111.41 $▼1.91%
  • WTI neft103.21 $▲3.22%
  • Təbii qaz3.049 $▲11.44%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Gürcüstanda seçkilər başladı

image-secki

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. Məlumata görə, ölkədə seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb.

Bildirilir ki, seçicilər 64 şəhər və rayonda mer və sakrebulo (bələdiyyə üzvləri) seçəcək. Ümumilikdə ölkədə 3 664 seçki məntəqəsi təşkil edilib və 3 497 345 vətəndaş seçki hüququna malikdir.

Qeyd olunur ki, mer vəzifəsinə 64 yer üçün 231 nəfər namizədliyini irəli sürüb. Bu şəxslər 21 partiyanı təmsil edir və 8-i müstəqil namizəddir. Namizədlərin yalnız 22-si qadındır. Hər şəhərdə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan olunacaq.

Sakrebuloya gəldikdə isə, seçki zamanı 2044 nəfər üzv seçiləcək.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul