Gürcüstanda zəlzələ oldu – Azərbaycanda da hiss edildi – YENİLƏNİB

image-244backend

Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.

Busaat.az xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndinin 3 kilometrliyində qeydə alındığını açıqlayıb. Zəlzələ 4,9 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub

***

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Busaat.az-a bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd edili ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb. /Apa

12:16


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki