Hacıqabulda polis şöbəsində intihar

Hacıqabulda polis şöbəsində intiharbackend
Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bir neçə gün öncə Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada sutkalıq həbs edilmiş Hacıqabul rayon sakini İkram Məlikov polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında bu gün intihar edib:

“O, bu gün müvəqqəti saxlanma təcridxanasında mələfə ilə özünü asıb. Dərhal ekspertlər, prokurorluq və polis əməkdaşları hadisə yerinə gediblər, meyitə baxış keçiriblər. Onun intihar nəticəsində dünyasını dəyişdiyi təsdiqlənib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90