“Kimisə elə-belədən həbs etmirlər. Yəqin ki, ciddi səbəb var. Səlahiyyətli şəxsin həbsi başqa məqamlardan xəbər verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev oktyabrın 1-də DTX-ın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan danışarkən deyib.
Xalq artisti Mədəniyyət Nazirliyində böyük çatışmazlıqlar olduğunu bildirib: “Bundan əvvəl də DTX orada əməliyyat keçirdi, həbs edilənlər oldu. Görünür yenə nəsə olub. Biz hələ bilmirik ki, nazir müavini və başqaları nəyə görə saxlanılıb? Açıqlasınlar onda danışarıq”.
Qeyd edək ki, DTX noyabrın 1-də Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı 14 nəfər saxlanılıb. Onların arasında Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də var. O, əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.