Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.54 $▼1.67%
  • WTI neft95.98 $▼1.13%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.895 $▲0.38%
  • Qızıl3 937 $▲0.09%
  • Gümüş49.72 $▲0.25%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin77 631 $▲1.25%
  • Ethereum2 296 $▲2.06%
  • S&P 5007 579▲0.48%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR

image-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Konqo Demokratik Respublikasında Qoma şəhərindəki həbsxanadan qaçan kişilər 160-dan çox qadın məhbusa təcavüz edib, sonra isə onları diri-diri yandırıblar.
Busaat.az  xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşr BMT-nin daxili sənədinə istinadən yazır ki, insident yanvarın 27-də Ruanda tərəfindən dəstəklənən M23 qrupunun üsyançıları şəhəri ələ keçirdikdən sonra baş verib.
Məlumatda bildirilir ki, əksəriyyəti kişi olmaqla 4000-ə yaxın məhbus həbsxanadan qaçıb.
BMT-nin Qoma şəhərindəki sülhməramlı missiyasının müavini Vivian van de Perre bildirib ki, qaçan məhbuslar qadınların olduğu bölməyə hücum ediblər və sonra həbsxananı yandırıblar. Zərər çəkən qadınların əksəriyyəti həyatını itirib.
BMT-nin qiymətləndirməsinə görə, 165-167 qadın hücuma məruz qalıb. İnternetdə qaçan məhbusların Munzenze şəhərində tüstü ilə dolmuş həbsxana binasında görüntüləri yayılıb.
2025-ci ilin yanvarının sonunda hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər gərginləşib, 2 mindən çox insan ölüb. BMT isə 900 nəfərin öldüyünü bildirir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158237