Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 345 $▲1.93%
  • Ethereum1 825 $▲3.20%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Həmin toy 1 il əvvəl olub - Rəsmi açıqlama

image-gelin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili İşlər Nazirliyi 18 yaşlı qızın zorla ərə verilməsi iddiası ilə yayılmış görüntülərə münasibət bildirib. Məlum olub ki, görüntülər real toyda çəkilib. 

Busaat.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə 2022-ci ilin dekabrında rayonlardan birində baş verib:

“Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabr ayında bölgə rayonlarından birində keçirilib. Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox,  məişət xarakterli anlaşılmazlıq olub.  Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud  kriminal tərkib müəyyən edilməyib”.
Qeyd edək ki, dünəndən etibarən yayılan məlumatlarda hadisənin Bakıda baş verməsi, 18 yaşlı qızın zorla ərə verilməsi deyilirdi. Görüntülər geniş müzakirələrə səbəb olmuşdu, hətta bəziləri videonun qurama olduğunu, hansısa çəkiliş zamanı lentə alındığını deyirdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132423