Həmrəylik günü Dünya azərbaycanlılarının birləşmə simvoludur

image-3ab88d42-9724-4e4e-a4c1-fd030ff2d6ccbackend

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edillər.

Çünki onlar bu həmrəylik bayramını alnıaçıq, üzüağ, başlarını dik tutaraq böyük ruh yüksəkliyi ilə eyni zamanda yeni bir ovqatl qeyd ediller.

Hələ əsası ölməz Ulu Öndərimizin təşəbbüsü ilə 2002-ci il 5 iyul tarixli fərmanla qoyulmuş o dövr üçün çox vacib idi. Dünya azərbaycanlılarının I Qurultayından sonra ümümmilli liderimiz Heydər Əliyev xaricdə yaşayan vətəndaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə həmin ilin dekabrın 27 – də qəbul edilmiş qanunla dünya azərbaycanlılarının milli birliyi yarandı. Bu iş 2006 cı ildə ölkə rəhbərimizin İ.Əliyev Bakıda keçirilən Dünya azərbaycanlılarının II Qurultayı xaricdə yaşayan azərbaycanlıların diaspordan ictimayyətə çatdırılması işini dahada gücləndirdi. Ulu öndərimiz Heydər Əliyevin “ Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir”. Mən həmişə fəxr etmişəm indidə fəxr edirəm ki, mən Azərbaycanlıyam sözləri hər bir həmvətənlimiz üçün milli qürür rəmzinə çevrilmişdir. Dünya azərbaycanlıların birliyi böyük bir bayram kimi qeyd olunmuşdur. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlaq arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamışdır. Həmrəylik günü hətta miliyyətcə azərbaycanlı olmayıb , Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələridə böyük təntənə ilə qeyd edillər. Həmrəylik günü vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərillər. Ancaq hər birinin qəlbində onların milli-mənəvi varlığınl yaşadan yeganə bir dövlət var. Bu da müstəqil, suveren Azərbaycan respublikasıdır. Dünya azərbaycanlıların birliyi və həmrəyliyi ideayasının əsasını məhz Azərbaycan dövləti təşkil edir.

2023-cü il Azərbaycanda “Heydər Əliyev” ili elan edilmişdir. Ulu öndərin 100 iiliyi ölkə üzrə qeyd edildi. Son dövrlərdə işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının qaldırılması Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilindəki, tarixi torpaqlarımıza insanların yürüşü, sərhəd dirəklərini yıxması bütövləşməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyininin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişi ümid və inam anıdır. Bu il ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan azərbaycanlı haqlı olaraq hər zaman bu möhtəşəm nəaliyyətimizi böyük qürür hissi ilə yada salacaqlar.

Nəsimi rayon İctimai Şura

G.H.Hacıyeva

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki