
Hərbçilərimiz Qarsda təlimlərdə - Video

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.
Bununla bağlı Busaat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.
Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.
https://youtu.be/JeaiKA6N3Iw























