Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib – Fotolar

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə sovqat göndərib – Fotolarbackend

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edirdi. Bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib.

Busaat.az xəbər verir ki,uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.

Hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.

Heydər Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Şəkidəki uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-xidmət müəssisələrinə və Uşaq Psixonevroloji Mərkəzinə çatdırılıb.

Fondun təşkil etdiyi bayram aksiyası iki minə yaxın uşağı əhatə edib.

busaat 799bad5a3b514f096e69bbc4a7896cd9 pk9coy1gbt5mwjrqlu06 busaat f3ccdd27d2000e3f9255a7e3e2c48800 uncjigvfhzor0ps2l914 busaat 032b2cc936860b03048302d991c3498f x0qz9of8ht41mrsbuinw busaat 799bad5a3b514f096e69bbc4a7896cd9 x2fqeowm7zsvnbagp543 busaat fe5df232cafa4c4e0f1a0294418e5660 lzenf03o2mbtkupwyrj9 busaat 156005c5baf40ff51a327f1c34f2975b kf4rqlo5vuz9swt8ybh6 busaat d0096ec6c83575373e3a21d129ff8fef tcob2w6e1xjn5zl0hgai busaat f3ccdd27d2000e3f9255a7e3e2c48800 lnk1z54bf7wxr9tmj08s


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki