Məzmuna keç
  • Brent neft93.05 $▲0.66%
  • WTI neft86.93 $▲0.33%
  • Avropa qazı (TTF)86.11 €▲1.36%
  • Təbii qaz (ABŞ)3.241 $▼1.52%
  • Qızıl3 999 $▼1.36%
  • Gümüş51.99 $▼1.02%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda598.50 ¢▲0.76%
  • Bitcoin74 442 $▲1.01%
  • Ethereum2 085 $▲1.68%
  • S&P 5007 646▲1.64%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Gündəm

"Həyəcanverici vəziyyət yaranmışdı, dayandırıldı” - Peskov

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dağlıq Qarabağda həyəcanverici bir vəziyyət yaransa da, problem tez bir zamanda həll edildi”.

Busaat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O, baş verənlər barədə az məlumatlı olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini deyib.

“Verə biləcəyimiz bütün məlumat bundan ibarətdir. Həqiqətən, həyəcanverici bir vəziyyət yaranmışdı, amma bu, qısa müddətdə dayandırıldı”,- deyə Peskov qeyd edib.

Xatırladaq ki, dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyi birgə məlumat yayaraq bildirmişdi ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=27485