Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▼0.00%
  • WTI neft104.12 $▼0.00%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▼0.00%
  • Qızıl3 899 $▲0.00%
  • Gümüş49.28 $▼0.00%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 981 $▲0.72%
  • Ethereum2 269 $▲0.71%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Siyasət

Hikmət Hacıyev ermənilərin Füzulidə etdikləri barbarlıqdan yazıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Füzulidə yalnız binanın fasadı qalıb. Azərbaycanın işğaldan azad edilən Füzuli bölgəsindəki dağıntıların miqyası Ermənistanın sivil dünyadan nə qədər uzaq olduğunu göstərir. Bu vandalizm və barbarlıqdır”.

 

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

 

“Bura tropik meşə və ya cəngəllik deyil. Eyni zamanda qiyamət şəhəri deyil. Bura Azərbaycanın Füzuli şəhərinin xarabalıqlarıdır. Yerlə yeksan edilib. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmini görsün. Bu mülkiyyətin, mədəni irsin qəsdən məhv və talan edilməsidir.

 

455-ci ildə Roma şəhəri Vandallar adlanan qəbilələr tərəfindən yandırılaraq talan edildi. Onların nüfuzu bütün tarix boyu məhv etmə – Vandalizm əməlləri ilə sinonim olaraq möhürlənib. Ermənistanın bir vaxtlar çiçəklənən Füzuli şəhərini məhv etdiyini gördükdən sonra vandalizmin yeni sinonimi yaranıb” – deyə, o bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25014