Hindistanın baş naziri: “Biz BRİKS-in genişlənməsini tam dəstəkləyirik”
Hindistan BRİKS-ə qoşulan yeni ölkələri dəstəkləyir.
Busaat.az xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi bildirib.
“Hindistan BRİKS-ə üzv ölkələrin sayının genişləndirilməsini tam dəstəkləyir. Biz məsələdə konsensus əsasında irəliləyişi alqışlayırıq”, – o, Yohannesburqda BRİKS Sammitinin plenar sessiyasında çıxış edərkən deyib.
Baş nazir qeyd edib ki, 2016-cı ildə Hindistan assosiasiyaya sədrlik edərkən üzv dövlətlər BRİKS-i tələb əsaslı, əhatəli və əməkdaşlıq həllərini formalaşdıran qrup kimi müəyyən ediblər.
“Bir neçə il sonra deyə bilərik ki, BRİKS maneələri aşacaq, iqtisadiyyata yeni enerji gətirəcək, innovasiyalara ilham verəcək, imkanlar yaradacaq və gələcəyi formalaşdıracaq. Bütün BRİKS tərəfdaşları ilə birlikdə biz bu tərifə məna verməyə davam edəcəyik”, – Modi deyib. .
Qeyd edək ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarətdir. Alyansın sammiti avqustun 22-24-də Yohannesburqda keçirilir. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir, Putin isə tədbirə onlayn qoşulur.





