Hizbullah İsrailin dünənki hücumları zamanı həyatını itirənlərin adlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, açıqlamada 2024-cü ilin əvvəlinə qədər Rıdvan Qüvvələrinə komandanlıq edən və son vaxtlar təlim mərkəzinə rəhbərlik edən Vehbi də daxil olmaqla 15 nəfərin həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Hizbullah daha əvvəl hərəkatın yüksək rütbəli hərbi komandiri İbrahim Akili hava zərbəsi nəticəsində öldürdüyünü açıqladı.
Bununla da İsrail ordusu ilə Livan Hizbullahı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda və qarşılıqlı hücumlarda həyatını itirən Hizbullah üzvlərinin sayı 499-a yüksəlib.