Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 705 $▲0.47%
  • Ethereum2 353 $▲0.64%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Gündəm

Hulusi Akarla Qaribaşvili regionda təhlükəsizliyi müzakirə etdi

image-fb05a174-c1cb-4dd1-951c-e691ea4f1837

Türkiyənin müdafiə naziri Hulusi Akarla Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin görüşü olub.

Busaat.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Görüş zamanı Türkiyə və Gürcüstan arasında müadiə sahəsində əməkdaşlıq, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşdə Türkiyənin onilliklər ərzində verdiyi praktiki yardımın Gürcüstan Müdafiə Qüvvələrinin inkişafındakı xüsusi rol oynadığı qeyd edilib. Tərəflərin diqqəti müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin roluna yönəldilib. Gürcü Baş nazir, Türkiyənin Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və NATO -ya üzv olmaq istəyinə davamlı dəstəyinə görə Türkiyə müdafiə nazirinə təşəkkür edib.
Görüş zamanı, həmçinin, regiondakı vəziyyət və təhülkəsizlik məsələləri müzakirə olunub. Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həllini alqışladığını və bu yolun alternativi olmadığını qeyd edib.

Qeyd edək ki, Hulusu Akar ETERNITY 2021 çoxmillətli komanda-qərargah təliminin başlaması ilə əlaqədar olaraq Gürcüstanda səfərdədir.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul