Məzmuna keç
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 644 $▲0.28%
  • Ethereum2 266 $▲0.58%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Gündəm

“İbrahim Tatlısəslə münasibətim olduğundan danışırdılar...” - Günel Zeynalova

image-gunuel
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yolumu kəsənlər çox olub. Bir gün ağlayaraq İbrahim Tatlısəsə zəng etdim. Aramızda münasibət olması haqda söz yayılmışdı. Tatlısəs mənim atam, qardaşım olub, əlini öpmüşəm”.

Busaat.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.

Günel deyib ki, adı Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəslə sevgi dedi-qodularında hallanıb: “Biz xəbər yayılanda deyirik ki, Azərbaycandakılar eşidər. Mənə dedi ki, böyüdün, sənətin tozunu uddun. Bəziləri sənətə gəlmək üçün nələrdənsə keçir, bəziləri isə belə böhtana məruz qalır, susur! Ondan öyrəndiyim susmaqdır. Heç kimin qapısını bağlamamışam, əksinə açmışam. Əgər sən mənim namusumla bağlı nəsə deyirsənsə, qarşında məni görərsən”.

Bundan əlavə, G. Zeynalova keçmiş nişanlısı Rza Zərrab və müğənni Ebru Gündeşin ayrılıq xəbərlərinə, həmçinin iş adamının ona zəng etməsi barədə yayılan iddialara üstüörtülü şəkildə reaksiya verib:

“Həyatda bəzi şeyləri yaşamalı idim, yaşadım. Alnım açıq, başım dik həyatıma davam edirəm. Bəxtimə nə yazıldığını nə sən, nə mən bilirəm. Bəlkə yalnız öləcəm. Bəzi şeylər həyatımda olub, dərs götürmüşəm. Demirəm, yaxtam, təyyarəm, villam olsun. Çox şükür, qazanmışam, hər şeyi də etmişəm. Bir qadın hüzur, rahatlıq istəyir. Bir kişinin ona verə biləcəyi şey hörmətdir. Xəyanət etməsin. Yalan deyib etiraf etdiyi üçün bağışlayaram. Yalan deyir, başqasından eşidirəmsə, necə keçim?

Ən gözəl cavab susmaqdır. Onsuz Allah qarşılarına çıxardır. Kimə nə mənim həyatımdan? Atam, qardaşım, ailəm və özüm bilərəm. Bir də gələcək həyat yoldaşım bilər. Ona da hər şeyi aydın bir şəkildə danışaram”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=47684