“İbrahimoviçin hücum etməsi üçün səhv insanam”

image-142544backend
Məşhur ABŞ basketbolçusu LeBron Ceyms “Milan”ın futbolçusu Zlatan İbrahimoviçi sərt şəkildə tənqid edib.

O, 39 yaşlı hücumçunun “idmançılar siyasi məsələlərə qoşulmamalıdır və öz işlərinə köklənməlidir” deyə söylədiyi cümləyə belə cavab verib:

“Səhv gedən heç bir mövzuda ağzımı yummayacağam. Xalqım, bərabərlik, sosial ədalət, iqçilik və s. haqqında düzgün olmayan nə varsa, fikir bildirəcəyəm. Bu ölkəcə və dünyada baş verən hər şeyi işıqlandırmaq üçün əlimdə olanlardan istifadə edəcəyəm. İbrahimoviçin bu barədə danışması çox gülməlidir. Çünki 2018-ci ildə İsveçə qayıdanda da eyni şeylərdən danışdığını düşünürəm. Bir az irqçiliyə məruz qalmışdı, elə deyil? Mən savadlı bir şəxsin baxış bucağından danışıram. Hücum etmək üçün səhv insanam”.

Xatırladaq ki, İbrahimoviç “Discovery Plus”a verdiyi açıqlamasında demişdi: “LeBron tanınmış şəxsdir. Amma statusu olan şəxslərin siyasi məsələlərdən danışmasını sevmirəm. Öz işini gör. Futbol oynayıram. Çünki ən yaxşı bacardığım şey futbol oynamaqdır. Politoloq olsaydım, onda siyasətdən danışardım”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90