İki minədək qaziyə əlillik verilib

image-qazilierprotezbackend

Bu il reabilitasiya mərkəzlərində 5 mindən çox şəxsə xidmət göstərilib, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verilib, qazilərin yüksək texnologiyalı protezlə təminatı işlərinin davam etdirilir.

Busaat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.

Əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturu təkmilləşdirildikcə, funksional imkanları, inteqrasiya dairəsi genişləndikcə tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması da təmin olunur. Bu məqsədlə “Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, həmçinin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi tətbiq edilib.

Bu il artıq 37 mindən çox şəxsə əlillik təyinatı aparılıb, onlardan 12 mindən çoxuna ilkin, qalan hissəsinə təkrar əlillik təyin olunub.

Eyni zamanda, Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır. Aidiyyəti qurumlarla, o cümlədən Müdafiə Nazirliyi ilə bu sahədə koordinasiya olunmuş şəkildə ardıcıl işlər aparılır. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi də bu istiqamətdə öz töhfəsini verir. Artıq 2 minədək qaziyə əlillik və sosial ödənişlər təyin olunub, proses davam edir.

İclasda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Agentliyin gördüyü işlər və qurumun planlarına dair təqdimatla çıxış edib. Həmçinin Agentlikdə sənədlər və vətəndaş müraciətləri ilə iş, “Əlillik” və “Reabilitasiya” altsistemlərinin funksional imkanlarının artırılması üçün aparılan işlər, reabilitasiya müəssisələrinin, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edilib. Vətəndaşların reabilitasiya mərkəzlərinə qəbulu üçün qeydiyyatın “onlayn müstəviyə keçirildiyi, vahid reabilitasiya informasiya idarəetmə sisteminin yaradılmasının nəzərdə tutulduğu, bu il reabilitasiya mərkəzlərində 5 mindən çox şəxsə xidmət göstərildiyi, əlilliyi olan şəxslərə 35 mindən çox reabilitasiya vasitəsi verildiyi, qazilərin yüksək texnologiyalı protezlə təminatı işlərinin davam etdirildiyi qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90