
“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” – Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu günlərdə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Düşənbədə keçirilən görüşünü şərh edib.
Busaat.az xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.
“Həqiqətən də, İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və hamıya nümunə göstərdi. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan çəkinənlər indi bu ölkənin prezidentinə ehtiramlarını bildirmək üçün sıraya düzülürlər”, – deyə Saakaşvili yazıb.
Yeganə























