Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 751 $▼0.40%
  • Ethereum2 357 $▼1.14%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Siyasət

İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi

image-ilham-12

“Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı vəziyyətədə toxundum. Həmin çıxışım Ermənistanda baş verən hadisələrdən əvvəl edilmişdi. Ancaq hadisələr onu göstərdi ki, mən çıxışımda tam haqlıydım”.

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistanda baş verənlər dövlətçilik əsaslarını sarsıdır: “Bunun günahkarları Ermənistanın keçmiş və indiki rəhbərləridir. Ölkə bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, müstəmləkəyə bənzəyirdi. Bunun səbəbi də işğalçılıq siyasəti idi. Ermənistanı ardıcıl olaraq beynəlxalq layihələrdən təcrid etmişdik.

Deyirdik ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın. Bundan sonra bölgədə işbirliyimiz ola bilər. Ancaq bu çağırışlara qulaq asan olmadı.

Ermənistanda indi böhranlı vəziyyət hökm sürür. Prinsip etibarilə biz başqa ölkələrin daxili işinə qarışmırıq. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalacaq. 10 noyabr bəyanatı icra edilir və ediləcək.

Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Onlar yeni reallıqlarla barışmalıdır. Bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və digər ölkələr barışmalıdır”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul