İlham Əliyev Qazaxıstan prezidenti ilə telefonla danışdı

image-16208968371360658151_1000x669backend

Mayın 13-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib.

Busaat.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

www.no-spa.az

Daha ətraflı

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türk Şurası çərçivəsində də ölkələrimizin uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90