İlham Əliyevin Forumdakı çıxışı dünya mediası üçün master-klass idi

image-270backend

Xəbər verdiyimiz kimi, iyulun 20-22-də 2-ci Şuşa Qlobal Media Forumu keçirilib.

Busaat.az-ın məlumatına görə, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bir sıra mühüm məsələlərə toxunub.

O, media və informasiya texnologiyalarının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Media azadlığının təmin edilməsinin vacibliyini qeyd edən Prezident, iştirakçıların diqqətini qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə yönəldib.

Prezident İlham Əliyevin çıxışını şərh edən internet-media eksperti  Səbuhi Abbasov Busaat.az-a açıqlamasında bu Forumun tarixi hadisə olduğunu deyib:

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mediasında hələ uzun müddət müzakirə olunacaq. Xarici jurnalistlərin sualları əsasən Fransa, ABŞ və digər ölkələrlə münasibətlərə həsr edilmişdi. Prezident hətta bəzi sualları ritorik adlandırsa da, səmimi cavab verməkdən çəkinməyib”.

Səbuhi Abbasov: “İlham Əliyev dəqiq, hesablanmış fikirləri ilə sanki bütün mümkün perspektivləri açıqlayırdı”

O, dövlətimizin başçısının Fransa ilə bağlı tənqidi fikirlərini yüksək səviyyəli təhlil adlandırıb:

“Bu gün dünyada öz siyasi gedişləri ilə gülünc obyektinə çevrilən “Makron Fransa”sını bu qədər dəqiq tənqid və təhlil edən ikinci bir cəsarətli lider yoxdur. İlham Əliyev öz dəqiq, hesablanmış fikirləri ilə sanki dünya ölkələrinə bütün mümkün perspektivləri açıqlayırdı”.

Müsahibimiz Azərbaycan liderinin bəzi mövzularla bağlı fikirlərini siyasi ustalıqla diqqətə çatdırdığınə qeyd edib:

“İlham Əliyev ABŞ siyasəti, bəzi anti-Azərbaycan qüvvələrin fəaliyyəti, Qarabağın işğaldan azad edilməsi və digər məsələlərlə bağlı həqiqətlər siyasi ustalıqla iştirakçıların diqqətinə çatdırılıb. Hesab edirəm ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı dünya mediası üçün master-klass idi”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki