Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 847 $▲0.55%
  • Ethereum2 265 $▲0.57%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

İlin ən əhəmiyyətli elmi kəşfləri

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Rusiyanın “Nauka” telekanalı və Müasir Media İnstitutunun birgə araşdırmasına görə, 2019-cu il inqilabi kəşflər olmasa da, intensiv və sürətlənən inkişafla yadda qalıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, araşdırma nəticələrinə görə biologiya, tibb, astronomiya, fizika, informasiya texnologiyaları sahələrində 2015-2018-ci illərdə əldə olunan inqilabi irəliləyişlər bu ilin çoxsaylı tətbiqi işlərinə təkan verib. Ən fəal inkişaf edən sahələr tibb, biologiya (xüsusən biotibb, biotexnologiya və genetika), astronomiya, astrofizika, süni intellekt, sinir şəbəkəsi, kvant kompüterləri, materialşünaslıq, nanotexnologiya və biomaterialların öyrənilməsi olub.
Rusiyalı alimlər və adi vətəndaşlar arasında aparılan sorğuya əsasən isə bu ilin əsas xəbərləri qlobal istiləşmə ilə bağlı olub. Respondentlərin 62 faizi atmosferdə karbon qazının artmasının fərqindədir. Sorğuda iştirak edənlərin 45 faizi isə RNT-ni xəstə hüceyrələrə birbaşa çatdırmaqla ağır genetik xəstəliklərin müalicəsi haqda eşitdiklərini ifadə edib. Növbəti ən vacib məlumatlar isə Spektrum X-ray Qamma astrofizika rəsədxanasının istifadəyə verilməsi və Yaponiyada cazibə dalğası dedektorunun işə başlaması olub. Kişilərin daha çox kvant kompüterləri, qadınların isə qlobal istiləşmə, ən qədim mikrob olan lokiarxey mikroorqanizmlərinin tapılması, qara dəliyin görüntüsü və Naska yaylasında yeni geoqliflərin aşkar edilməsi xəbərləri ilə maraqlandığı məlum olub.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1054