Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft93.85 $▲1.53%
  • WTI neft87.92 $▲1.48%
  • Avropa qazı (TTF)87.50 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.305 $▲0.43%
  • Qızıl4 014 $▼1.00%
  • Gümüş52.30 $▼0.43%
  • Pambıq82.64 ¢▲5.58%
  • Buğda594.50 ¢▲0.08%
  • Bitcoin74 203 $▲0.68%
  • Ethereum2 079 $▲1.38%
  • S&P 5007 605▲1.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Texnologiya

İlon Mask meymunlarla bağlı maraqlı təcrübəni sınaqdan keçirdi

image-ilon-mask
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Tesla”, “SpaceX” və “Neuralink” kimi bir sıra şirkətlərin qurucusu İlon Mask startapların birində beyninə naqillər quraşdırılmış bir meymunun video oyunlar oynamağı bacardığını açıqlayıb.

Busaat.az xəbər verir ki, İlon Mask bu barədə “Clubhouse” sosial media platformasında qatıldığı bir podkastda açıqlama verib. İmplantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirən neyrotexnologiya şirkəti olan “Neuralink” şirkətində son yeniliklərlə bağlı açıqlama verən Mask xüsusi naqillər quraşdırılmış təcrübə primatının artıq video oyunlar oynamağı bacardığını bildirib.

“Bizim beyninə kiçik naqillər qoşulmaqla öz ağlı ilə video oyunlar oynaya bilən meymunumuz var, implantın harda yerləşdiyi görünmür, meymun isə xoşbəxtdir. Dünyada ən gözəl meymun məkanlarına sahibik. Onların bir-biriləri ilə mind-Pong oynamalarını istəyirik”,- deyə İlon Mask qeyd edib.

Mask beyni əlaqələndirən texnologiyanın beyin və onurğa zədələnmələrini aradan qaldırmaq və implant edilmiş çiplə insanların itirdiyi qabiliyyətlərini geri qaytarmaq məqsədi daşıdığını bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=33334