Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
11°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Siyasət

İlqar Məmmədov Prezidentə müraciət etdi

İlqar Məmmədov Prezidentə müraciət etdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Busaat.az  xəbər verir ki, o, dövlət başçısından “Siyasi partiyalar haqqında” yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib.
İlqar Məmmədov xatırladıb ki, dekabrın 16-da Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib: “Bu qanunun layihəsi parlamentdə təmsil olunan partiyaların, o cümlədən bizim təşəbbüsümüzlə hazırlansa da, gözləntilərimizin tam əksinə, ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq. Buna dair əsaslandırıcı müşahidələrimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə açıqlamışıq. Təəssüf ki, ölkə daxilində bizim ekspertizaya önəm verilmədi. Onda beynəlxalq ekspertizanı işə cəlb etməkdən ötrü AŞPA Monitorinq Komitəsi üzvlərindən xahiş etdik ki, səlahiyyətlərindən istifadə edib Venesiya Komissiyasından bu qanun layihəsi haqqında təcili rəy istəsinlər”. İlqar Məmmədov əlavə edib ki, dekabrın 14-də Monitorinq Komitəsi belə bir rəyin istənilməsi haqda qərar verib: “Komissiyanın təcili rəyi çox qısa zaman ərzində, adətən bir neçə həftəyə tərtib edilən sənəd olur. Azərbaycanın demokratiya və insan haqları sahəsində beynəlxalq əməkdaşlığına böyük önəm verdiyimiz üçün hesab edirik ki, Venesiya Komissiyasının rəyi qanun qüvvəyə minəndən sonra mənfi olarsa, bu hal ölkəmizin dünyadakı mövqeyinə xoşagəlməz cəhətlər yükləyərək ümumi işimizə zərər vurar. Bunu yazıb Sizdən xahiş edirəm ki, 30 illik qanunun yerini alacaq yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələyəsiniz”.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=44061