İmişli rayonunda 9 May – Faşizm Üzərində Qələbə Günü münasibətilə keçirilən tədbirdə maraqlı hadisə qeydə alınıb.
Busaat.az Yenisabah.az-a istinadən xəbər verir ki, tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, “Den Pobedı” (“Qələbə Günü”) sovet mahnısı da səsləndirilib.
Həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu faktı qınayanlar çoxluq təşkil edib.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:
“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.