İndoneziyada 5,3 bal maqnitudada zəlzələ qeydə alınıb.
Busaat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 133 km cənub-şərqdə, zəlzələ ocağı 53 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.Report