İngiltərə və Uelsdə 10 min nəfər təcili yardım işçisi tətil edəcək

image-thumbs_b_c_eab0ee9539c35dfd86471feb4d9fa7aebackend

İngiltərə və Uelsdə 10 mindən çox təcili yardım işçisi maaş artımı və iş şəraiti ilə bağlı fikir ayrılıqlarına görə tətil etmək qərarına gəlib.

Busaat.az xəbər verir ki, GMB həmkarlar ittifaqı İngiltərə və Uelsdəki 10,000-dən çox təcili yardım işçisinin, o cümlədən feldşerlər, təcili yardım köməkçiləri və digər işçilərin tətilə dəstək verəcəyini bildirib.

İttifaq Miladdan əvvəl mümkün tətil tarixlərini müzakirə etmək üçün yaxın günlərdə toplanacağını bildirib.

GMB Katibi Rachel Harrison tətil qərarı ilə bağlı verdiyi açıqlamada qeyd edib: “Səhiyyə xidmətində heç kim tətil hərəkətini məqsədyönlü şəkildə qəbul etmir. Bu gün qəbul edilən tətil qərarı onların nə qədər çarəsiz olduqlarını göstərir”.

 

Tibb bacıları da tətilə hazırlaşır
Digər tərəfdən İngiltərə, Uels və Şimali İrlandiyada minlərlə tibb bacısı gələn ay iki günlük kollektiv tətilə çıxmağa hazırlaşır.

Tibb bacılarını təmsil edən RCN (Royal College of Nursing) tərəfindən verilən açıqlamada İngiltərə, Uels və Şimali İrlandiyada dekabrın 15-i və 20-də iki günlük kollektiv tətilə qərar verildiyi açıqlanıb.

Qeyd edək ki, tibb bacılarını təmsil edən RCN-nin ölkə üzrə 300.000-dən çox üzvü var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90