Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 803 $▲0.60%
  • Ethereum2 363 $▲1.04%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

İngiltərədə tarixi an: Milli azlıqlardan ilk dəfə Baş nazir seçildi

image-sunak

Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyası daxilində başlayan liderlik yarışında qalib gələn Hindistan əsilli Rişi Sunak ölkənin yeni baş naziri seçilib.

Busaat.az xəbər verir ki, bu sayədə Sunak İngiltərədə etnik azlıqdan olan ilk baş nazir olub.

Sunak oktyabrın 20-də baş nazir postundan istefa verən Trassın yerinə namizədliyini irəli sürüb. O son mərhələdə rəqibi, Mühafizəkarlar Partiyasının Parlament Qrupunun sədri Penni Mordauntun namizədliyini geri çəkməsi ilə qələbə qazanıb.

Beləliklə, partiyanın yeganə namizədi Rişi Sunak birbaşa partiyanın yeni lideri və eyni zamanda ölkənin yeni baş naziri olub.

Qeyd edək ki, Rişi Sunak Böyük Britaniyanın keçmiş maliyyə naziridir. O, İyulun 7-də Boris Consonun istefa verməsindən sonra başlayan liderlik yarışında namizədliyini irəli sürmüş, lakin səsvermə nəticəsində Liz Trassa məğlub olmuşdu.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul