“İnsan yaş aldıqca gözəlləşir” – Türkan Vəlizadə hisslərini bölüşdü

image-indirbackend

Müğənni Türkan Vəlizadə maraqlı etirafı ilə diqqət çəkib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ifaçı artıq əvvəlki özünü görmədiyini bildirib.

Bir ilə qocaldığını deyən sənətçi fikirlərinə bu sözlərlə qüvvət verib:

“Anam və bacılarımla oturmuşduq. Deyirəm ki, mənə elə gəlir bir il ərzində çox qocalmışam. Keçən ilki Türkan deyiləm. Ötən il çəkilən video və şəkillərimə baxıram, mən, o mən deyiləm (gülür).

Anam da deyir ki, böyümüsən, təcrübən artıb. Ona görə sənə elə gəlir. İnsanın yaşına üstə yaş gələndə daha da gözəlləşir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki