Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 761 $▲0.01%
  • Ethereum2 232 $▼0.21%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

İntiqam Babayevə yüksək VƏZİFƏ VERİLDİ

image-1684221073_1684220595_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə İntiqam Babayev Aparat rəhbəri təyin olunub.

Bu barədə Busaat.az-a Qoruq İdarəsindən məlumat verilib.

Babayev İntiqam Vaqif oğlu 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Bakı Gənclər Klubunun sədri, 1995-1998-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri olub. İntiqam Babayev 1998-1999-cu illərdə Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, 2000-2021-ci illərdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, 2022-ci ilin mart ayından 2022-ci ilin dekabr ayınadək Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri, 2022-ci ilin dekabr ayının 20-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb, 2023-cü ilin aprel ayından 2023-cü ilin may ayındək İçərişəhər Qoruq İdarəsinin Aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

İ.Babayev 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordenləri ilə təltif edilib. Ailəlidir, iki övladı var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109717