Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 857 $▼0.27%
  • Ethereum2 380 $▼0.17%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Analitika

“İran Azərbaycanın bu mesajını aldı” - ŞƏRH

image-ermenistan-ile-serhedde-lachin-xankendi-yolunun-bashlangicinda-serhed-buraxilish-menteqesi-qurulub

“Son hadisənin özü də İran üçün bir dərsdir”.

Bunu Laçında baş verən proseslərə Qərb və İranın səssiz qalması barədə fikirlərini səsləndirən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan baş verən proseslər üçün kəskin addımlar atmadı, tədricən buna nail oldu:

image-vuqar_ehmedov876

“İctimai fəalların aksiyası ilə məsələnin gündəmdə saxlanılması həm Qərbi, həm də İranı artıq baş verəcəklərə hazırlamışdı. Digər tərəfdən isə heç bir xarici qüvvə bu məsələdə Azərbaycana söz deyə bilməz. Çünki Laçın Azərbaycanın suveren ərazisidir.

Baş verənlərin Qərbin vasitəçiliyi ilə qarşıdakı danışıqlarda gündəmə gətiriləcəyi gözləniləndir. Artıq bir sıra beynəlxalq təşkilatlar monitorinq üçün müraciət edib. Sonrakı mərhələdə ola bilsin ki, Qərb Azərbaycandan həmən buraxılış məntəqəsinə daimi monitorinqə icazə verilməsini istəsinlər. Amma yenə də bu məsələ Azərbaycanın daxili işidir. Biz Qərbə çatdırmalıyıq ki, sizin vasitəçiliyiniz olmadan da biz ermənilərlə qonşuluq edə bilərik. Üçüncü qüvvələrin müdaxiləsi əksinə prosesi daha da mürəkkəbləşdirir. Ona görə ABŞ indi daha çox iki ölkə arasında normallaşma prosesinə töhfə verməyə fokuslanıb. Qarabağ məsələsi artıq onlarda ikinci plana keçib”.

“O ki qaldı İrana, məncə onlar anlayıblar ki, regionda nəyisə dəyişmək iqtidarında deyillər. Son hadisənin özü də İran üçün bir dərsdir. Azərbaycan sərhəd məsələsində heç kimə güzəşt etməyəcək, onlar bu mesajı aldılar”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul