Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 489 $▼0.72%
  • Ethereum2 360 $▼1.04%
  • S&P 5007 624▼0.52%
20°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Analitika

“İran bu səbəbdən böyük zərər görəcək…” - ŞƏRH

image-sefirlik-iranda1

“İran diplomatik bloklanma təhlükəsi ilə üz-üzədir. Bunun da zərərini daha çox rəsmi Tehran çəkmiş olacaq”.

Bunu bir müddət öncə Azərbaycanın İrandakı Səfirliyində baş vermiş terror hadisəsi ilə bağlı yeni faktların üzə çıxmasına münasibət bildirən politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, bu gün Tehran kifayət qədər qorxu içindədir:

image-anar55

“İran Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil edilən silahlı terror hücumu ilə məqsədə çatmadığını gördü. Bu səbəbdən diplomatik skandal ilə qarşı-qarşıyadırlar. Mövcud vəziyyətdən İran daha az itkilərlə çıxmağa, proseslərin gizlədilməsinə çalışır. Azərbaycan daim haqlı mövqeyini müdafiə edib. Bu istiqamətdə düşünülmüş şəkildə davam etdiririk. Heç bir dövlətə qarşı iddia səsləndirmirik, heç bir dövlətin daxili işlərinə qarışmırıq. Lakin istənilən dövlətin təzyiqinə cavab vermək gücündəyik”.

“Azərbaycan səfirlikdə törədilən terror aktının düzgün araşdırılmasını tələb edir. Azərbaycan İranda fəaliyyət göstərən səfirlik işçilərini ölkədən çıxarıb və fəaliyyətini dayandırıb. Diplomatik fəaliyyətin bir ölkədə dayandırılması ciddi və düşünülmüş qərar əsasında həyata keçirilir. Beynəlxalq ictimaiyyətdə də İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı ciddi risklərin olduğu üçün ciddi çağırışlar səslənməkdədir. Çağırışlar fonunda artıq bir çox ölkə öz vətəndaşlarına İran ərazilərini tərk etməyi, diplomatik fəaliyyətləri dayandırma çağırışlarını müşahidə edirik.
İran diplomatik bloklanma təhlükəsi ilə üz-üzədir. Bunun da zərərini daha çox rəsmi Tehran çəkmiş olacaq”, – politoloq bildirib.

Ələsgər / Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul