Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 157 $▼1.13%
  • Ethereum2 338 $▼1.93%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

“İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdir” - Rəsmi Tehran

image-iranyol

“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.

Busaat.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Hayrullah Hademi “İran-Ermənistan dostluğu” yutub kanalına verdiyi müsahibə zamanı deyib.

H.Hademinin sözlərinə görə, Ermənistan hazırda Gorus-Qafan yoluna alternativ olaraq Tatev rayonunda  yolun inşasına başlayıb.

“Sözügedən yol vasitəsilə yük və sərnişin daşınması mümkün qədər tez başlasın deyə erməni tərəfi ilə danışıqlar aparırıq”, – deyə Hamedi qeyd edib.

O, həmçinin vurğulayıb ki, İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir.

“Bu yolda olmuşuq və yeni yolun inşası üçün Ermənistana kömək etməyə hazırıq. Həmçinin İran öz mühəndis-texniki imkanlarını da verməyə hazırdır. Ermənistan, həmçinin İran sərhədindən başlayan və Gürcüstan sərhədinə çatan “Şimal-cənub” yolunu da inşa edir. Bildiyim qədərilə, şimal hissədə xeyli iş görülüb və ümid edirəm ki, tezliklə cənub hissədə də işlər başlayacaq. Bu məsələdə də Ermənistan ilə əməkdaşlıq etməyə hazırıq”, – deyə iranlı nazir müavini bildirib.

Erməni KİV-də yayılan məlumata görə, Tatev-Qafan yolunun inşasının noyabrın sonuna kimi tam olaraq başa çatması planlaşdırılır.

Qeyd edək ki, Hayrullah Hademi oktyabrın 4-ü İranın Tatev yolunun inşasına kömək etməsi məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul