İran hərəkətə keçdi – nüvə təsisləri ətrafında müdafiə sistemlərini gücləndirilirbackend

İran nüvə təsisləri ətrafında hava müdafiə sistemlərini gücləndirir.

Busaat.az xəbər verir ki, bu barədə Küveytin “Əl Qabas” qəzeti İrandakı məlumatlı mənbələrinə istinadən yazıb.

Bildirilib ki, İran ABŞ-la yaşanan gərginlik fonunda və hazırkı prezident Donald Trampın Ağ Evi tərk etməsi ərəfəsində ABŞ-ın ehtimal olunan raket zərbələrinə qarşı tədbir olaraq nüvə təsisləri ətrafında hava müdafiəsini gücləndirir. Xüsusilə, İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələr (silahlı qüvvələrin elit təbəqəsi) təyyarə əleyhinə sistemləri və radiolokasiya avadanlıqlarını obyektlərin qorunması üçün hazırlayıb və onlarıb mühafizəsindən məsuliyyət daşıyır.

Qeyd olunur ki, İranın nüvə proqramına dair həyati əhəmiyyət daşıyan bu obyektlərdə uranın zənginləşdirilməsi prosesini pozmağa yönəlmiş mümkün raket zərbəsini dəf etmək üçün mövcud bütün zenit potensialından istifadə edilib. Hazırda Fordodakı nüvə müəssisəsinin yaxınlığında uzaqmənzilli zenit-raket kompleksi “Bavar-373” və “Kub” hava hücumundan müdafiə sistemi yerləşdirilib.

Bundan əlavə, mənbələr uran zənginləşdirmə zavodunun yerləşdiyi İsfahan vilayətində hava hücumundan müdafiə sistemlərinin də ciddi şəkildə gücləndirildiyi barədə məlumatları nəşrə təsdiqləyib