Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 362 $▲0.08%
  • Ethereum2 401 $▲0.62%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

İran İnsan Haqları Təşkilatı: Həyatını itirən etirazçıların sayı 342-yə yüksəlib

image-mitinq-iran

İran İnsan Haqları Təşkilatı (İHR) Məhsa Əmininin ölümündən sonra səngiməyən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 342-yə, haqlarında edam cəzası verilən məhbusların sayının isə 5-ə yüksəldiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Norveç mərkəzli İHR-nin saytında hesabat dərc edilib.

Hesabatda ölkədə təxminən 60 gündür davam edən nümayişlər barədə məlumat verilib.

Ölkədəki 31 əyalətdən 23-ü ilə bağlı məlumatların yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verildiyi bildirilib.

Hesabatda Sistan-Bəlucistan əyalətində 123, Tehranda 39, Mazandaranda 33, Kürdüstanda 32, Gilan və Qərbi Azərbaycanda 23, Kirmanşahda 14, Elborz, Xuzistan və Xorasanı Rezevidə 15, İsfahanda 5 və Zəncan və Loristanda hər biri 3, Qəzvin, Kohgiluye-Buyer Əhməd, Şərqi Azərbaycan , Ərdəbil, İylam, Buşehr və Həmədanda hər birində iki nəfər nümayişçinin öldüyü bildirilib.

Həyatını itirən nümayişçilərdən 43-nün 18 yaşdan kiçik, 26-nın isə qadın olduğu qeyd olunub.

Nümayişçilər arasında saxlanılanların sayının 10 mini keçdiyi, indiyədək 5 nümayişçinin edam cəzasına məhkum edildiyi bildirilib.

Qeyd edək ki, İHR Noyabrın 11-də dərc etdiyi hesabatında Əmininin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 304 etirazçının həlak olduğunu bildirib.

Ölkədə yayılan nümayişlərdə 40-dan təhlükəsizlik əməkdaşının həyatını itirdiyi qeyd edilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul