İran nüvə razılaşmasının mümkünlüyünü çətinləşdirir – Borrel ittiham ETDİ

image-borrelbackend

İranın bəzi məsələlərdə mövqeyi onun nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə razılığın əldə olunması imkanlarını çətinləşdirir.

Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrel deyib.

Onun sözlərinə görə, hər şeyin yaxşı getməsinə baxmayaraq, ABŞ razılaşmadan çıxıb. Sonradan İran hər hansı bir razılaşma əldə etməyi çox çətinləşdirən mövqe tutub. Daxili hərəkatların, xüsusən də qadınların hərəkatının yatırılması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü nüvə silahının yaranmasına şərait yaradıb.

Qeyd edək ki, 2015-ci ildə İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi, İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyələrinə qoyulan məhdudiyyətlərdən imtina edərək saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın xüsusi nümayəndəsi Baqeri Kianinin sözlərinə görə, danışıqlar uğurlu olub, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi təvazökar adlandırıb və Tehranı məsələyə ciddi yanaşmağa çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90