Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 439 $▼1.06%
  • Ethereum2 358 $▼1.18%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

İran PUA-sı ABŞ təyyarədaşıyanının üstündən uçdu - Video

image-dron

İranın “Shahed-191” adlı strateji zərbə pilotsuz təyyarəsi Hörmüz boğazından keçərək Fars körfəzinə istiqamətlənən ABŞ-ın “USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisinin üzərindən uçaraq hərbi gəminin görüntülərini çəkib. 

Busaat.az xəbər verir ki, görüntülər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayımlanıb.

Ötən gün yayımlanan görüntülərdə ABŞ döyüş təyyarəsinin gəminin göyərtəsinə eniş etdiyi və gəmidə digər hərbi təyyarələrin və avadanlıqların olduğu aydın görünür. Onların arasında “F/A-18E/F Super Hornet” qırıcı-bombardmançılarının da olduğu bildirilib.

Görüntülərdən dronun ABŞ gəmisinə həddən artıq yaxınlaşmasına baxmayaraq, gəmi heyətinin səmada baş verən gizli fəaliyyətdən xəbərdar olmadığı hiss olunur.

Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəz komandanlığının rəhbəri general Kennet Makkenzi Tehranın orta və kiçik ölçülü pilotsuz aparatlardan istifadə etməsi ilə ABŞ- Koreya müharibəsindən bu yana ilk dəfədir ki, havada tam üstünlüyü əldən verib.

https://youtu.be/CCbm8PXxKWQ

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul