İran və Səudiyyə Ərəbistanı danışıqları tezliklə bərpa edəcək
İran və Səudiyyə Ərəbistanı danışıqları tezliklə bərpa edəcək
Busaat.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri bildirib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani qeyd edib ki, İran və Səudiyyə Ərəbistanı yaxın vaxtlarda danışıqları bərpa edəcək: “İran bizim qonşumuzdur və bizim onunla tarixi əlaqələrimiz var”.
İraqın regional problemlərin həllində açar olduğunu vurğulayan əl-Sudani ölkəsinin İran və ABŞ ilə balanslı və İraqın milli maraqlarına əsaslanan münasibətlər qurmağa çalışdığını bildirib.
İran və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlara toxunan əl-Sudani bildirib ki, iki tərəfin yanaşmalarını yaxınlaşdırmaq üçün səylər göstərilir və görüşlər tezliklə davam etdiriləcək.





