Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.44 $▼0.25%
  • WTI neft99.94 $▼0.84%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.053 $▲0.53%
  • Qızıl4 076 $▲1.14%
  • Gümüş54.51 $▲1.41%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 788 $▲0.97%
  • Ethereum2 347 $▲1.15%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Dünya

İranda İsraillə əlaqəsi olan 12 nəfərdən ibarət qrup ələ keçirilib - İsmayıl Hatib

image-iran-reu-1948998_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranda  İsraillə əlaqədə olduğu iddia edilən 12 nəfərdən ibarət dəstə saxlanılıb.

Busaat.az Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat naziri İsmayıl Hatib məlumat verib.

“Ölkədə qarışıqlıq yaratmaq məqsədi ilə hərəkətlər etməyə hazırlaşan İsrailə bağlı qrup yaxalandı”, – Hatip bildirib.

Nazir iddia edib ki, sözügedən cəhd “Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərin uğursuzluğa düçar olmasından sonra İranın düşmənləri tərəfindən planlaşdırılıb”.

İranda nümayişlər

22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 16-da İranın paytaxtı Tehranda “əxlaq polisi”  tərəfindən nəzarətə alındıqdan sonra öldürülüb. Əminin ölümündən sonra başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib. Ölkə daxilində aylarla davam edən nümayişlərdə 10 mindən çox insan saxlanılıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı ( IHR ) yanvarın 9-da dərc etdiyi hesabatda Əminin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 481 etirazçının öldüyünü bildirib.

Məlumatda qeyd olunub ki, nümayişlərdə saxlanılanlardan ən azı 109-nun dosyesi ölüm hökmü ilə məhkəməyə göndərilib. İndiyədək barəsində ölüm hökmü çıxarılan dörd nümayişçi edam edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98209