“Cənub qonşumuz İranın Azərbaycana qarşı xoş niyyəti olsa belə bunun çox qısa müddətli olacağını ehtimal edirəm”.
Bunu son dövrlər regionda baş verən proseslərdə aktiv olmayan, Azərbaycana qarşı hədə dolu bəyanatların dayandırılması fonunda İranın məqsədindən danışan Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Qum şəhərində ölkəmizə qarşı terror-təxribat fəaliyyəti ilə məşğul olan casus şəbəkəsinin saxlanılması İranın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyinin göstəricisi ola bilər:
“İran Azərbaycanı özünün tarixi-strateji düşməni hesab edir. Çünki hazırda Cənubi Azərbaycanda yaşayan 40 milyon soydaşımız İran rejiminin əsarəti altındadır. İran yağdırdığı hədələrin Azərbaycanı çəkindirmədiyini, haqq yolundan döndərə bilmədiyini gördü. Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılması İran və digər bu kimi ölkələrə Azərbaycanın gücünün nümayişi idi. Cənub qonşumuz İranın Azərbaycana qarşı xoş niyyəti olsa belə bunun çox qısa müddətli olacağını ehtimal edirəm”.
Ələsgər / Busaat.az