“Hakimiyyət-xalq arasında münasibətlərin pozulması İranın əsas məqsədlərindən biridir”.
Bunu İranın Azərbaycana qarşı sərt mövqeyi fonunda baş verən təxribatların məqsədlərindən danışan politoloq Anar Əliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərabycanın Cənubi Qafqazda baş verən proseslərə yeni elementlər daxil etməsi İranın təsir imkanlarını zəiflədib:
“44 günlük müharibədəki zəfərlə Azərbaycanın Cənubi Qafqazda aparıcı ölkəyə çevrilməsi İranın çirkin planlarının qarşısını aldı. Azərabaycanın güclənməsi İranın kabusudur. İranın istər işğal dövrü, istərsə də müharibə zamanı həm İslami dəyərlərə, həm də beynəlxalq normalara uyğun olmayan davranışı Azərbaycanın zəiflədilməsinə yönəlik addımlardır. İran Ermənistanı alət kimi istifadə edib regionda münaqişəni davam etdirmək, təsir imkanlarını qorumaq istəyir. Planlarının işə yaramadığını gördükdə isə daha da ağılsızlaşır. Ağılsızlaşan və getdikcə aqresivləşən İran öncə Tehrandakı Azərbaycan Səfirliyinə terror təşkil etdi. Daha sonra isə terroru Azərbaycan ərazisinə daşıyaraq Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd hazırladı. Bu, Azərbaycan təhlükəsizlik orqanlarının ölkə ərazisində İran agentlərinə qarşı keçirdiyi uğurla əməliyyatlara cavab kimi qiymətləndirilə bilər”.
“Azərabycana qarşı planlarının uğursuz olduğunu görən İran artıq hədə dolu bəyanatlar səsləndirməyə başlayıb. İran parlamentinin gülünc müzakirələri, Azərbaycanı terroru dəstəkləməklə ittiham etməsi İranın beynəlxalq normalara uyğun davranışlarından əl çəkmək istəmədiyinin göstəricisidir. İranın çirkin təxribat planlarına hazır olmalı, tədbir görməliyik. Hakimiyyət-xalq arasında münasibətlərin pozulması İranın əsas məqsədlərindən biridir. Birlik olmalı, İranın bu yöndə atdığı təbliğat addımlarına cavablarımızı göstərməliyik”, – politoloq qeyd edib.
Ələsgər / Busaat.az